Yaxın Şərq
ABŞ-a “İŞİD-in hücumları”nın ŞOK SƏBƏBİ: kartlar açıq oynanılır
Suriyada 2015-ci il noyabrın 27-dən etibarən hər hansı hücumun hədəfi olmayan ABŞ son bir həftə ərzində iki dəfə hücuma məruz qaldı. Bundan başqa, İsrailin Suriyada ötən ilin mayından bu yana İranın hərbi nöqtələrinə qarşı ən genişmiqyaslı hücumunu həyata keçirdi.
Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ekspertlər bu hücumların ABŞ-ın Suriyadan çəkilmə qərarı ilə birbaşa bağlantısının olduğunu bildirirlər.
Ötən həftə Münbiçdə bir restoranda partlayışın törədilməsi nəticəsində 4 amerikalı hərbçi ölmüşdü və hücuma görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü. Dünən isə Suriyanın şimalındakı Haseke şəhərində ABŞ/PKK hərbi kolonuna hücum oldu. Nəticədə, 5 PKK terrorçusu öldü, 2 amerikalı hərbçisi yaralandı.
Birinci hadisədə ölən və yaralanan şəxslərin kimliyi açıqlandığı halda, bunun ikinci hücum zamanı edilməməsi “hərbi kolonda kimlər var idi”, “kimlikləri niyə gizlədilir” kimi sualların ortaya çıxmasına səbəb oldu.
Yanvarın 1-də isə yerli vaxtla 02:11-dən 02:56-ya qədər İsrail hərbi aviasiyası Suriyanın qərb, cənubi-qərb və cənub hissələrinə hücum edib. Suriyanın hava hücumundan müdafiə sistemləri zərbələri dəf edib, 30-dan çox qanadlı raket və idarə olunan təyyarə bombasını məhv edib. Rusiya Milli Müdafiə İdarəsindən bildiriblər ki, aviazərbələr nəticəsində dörd Suriya hərbçisi həlak olub, altısı yaralanıb. Dəməşqin beynəlxalq aeroportunun infrastrukturuna qismən zərər vurulub.
ABŞ hərbçilərinə hücumlardan sonra bölgədəki bütün Amerika bazaları həyəcan vəziyyətinə gətirildi. Şedadi, Qamışlı və Rimeylandan qalxan helikopterlər Şedadi bölgəsində yönəldildi. Ekspertlərə görə, ABŞ-ın Suriyadan çıxmasına qarşı çıxan tərəflər açıq təxribatlardan çəkinmirlər.
Müstəqil Suriya Kürdləri Birliyinin sədri Əbdüləziz Temo “Yeni Şəfəq” nəşrinə açıqlamasında söyləyib ki, sadə şəkildə “İŞİD bitmədi” mesajı verməyə çalışırlar.
“Xəttin şərqindən qərbinə qədər İŞİD-in əməliyyat gücünü itirmədiyini anlatmağa çalışan iki hücumu izlədik. Burada tək bir hədəf var, o da “ABŞ da burada qalsın” mesajının verilməsidir”, - o deyib.
Ömər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika23 Aprel 17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial23 Aprel 16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi





















.jpg)
















