Yaxın Şərq
ABŞ-ın bufer zona ilə bağlı planı MƏLUM OLDU
ABŞ-ın “Wall Street Journal” nəşri Vaşintonun Suriyanın şimalında bufer zona ilə bağlı tətbiq etmək istədiyi planı dərc edib.
Publika.az xəbər verir ki, ABŞ Türkiyə ilə kürd qruplaşmalara arasında mümkün bir qarşıdurmanı qarşısını almaq üçün Qərb ölkələrindən ibarət koalisiyanı yaratmağı və onu tampon bölgəyə yerləşdirmək istəyir.
Yüksək vəzifəli amerikalı səlahiyyətlilərə istinad edən nəşrə görə, bufer zonanın müttəfiqləri olan Fransa, Böyük Britaniya və Avstraliya tərəfindən qurulmasını planlaşdırır. Vaşinqton qoşunların bufer zonada yerləşdirilməsinin qarşılığında sözügedən ölkələrə hərbi yardım təklif edib.
Türkiyənin isə bu plana qarşı çıxdığı bildirilir.
Qəzetə danışan avropalı bir rəsmi planın mövcud olduğunu təsdiqləyib, amma heç bir rəsmi cavabın verilmədiyi və danışıqların davam etdiyini söyləyib. Xəbərə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo qarşıdakı həftədə İŞİD-ə qarşı koalisiyanın üzvləri olan ölkələrin xarici işlər nazirləri ilə görüşəcək.
“Wall Street Journal”a görə, ABŞ Baş Qərargah başçısı Jozef Danford ötən həftə Brüsseldə bir sıra avropalı liderləri plana razı salmağa çalışıb. Qəzetə danışan səlahiyyətlilər bildiriblər ki, buffer zona qurulmasa 3,5 milyon qaçqın Avropaya qaça biləcək.
Daha əvvəl Türkiyə KİV-ı yazıb ki, Ankara üçün təhlükəsiz bölgə mövzusunda “qırmızı xət”lər var. Bunlardan biri PKK terrorçuları və bunlarla bağlı heç bir qrupun bu zonada olmaması, digəri isə təhlükəsiz zonadakı nəzarət mexanizminə Türkiyənin də mütləq daxil olmasıdır.
Ömər
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)










