Yaxın Şərq
40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARI
Rusiya, İran və Türkiyənin liderlərinin Soçi görüşünün nəticələrinə əsasən, aydın olur ki, Moskva Suriyada öz mövqelərinin möhkəmləndirilməsi üzrə xəttini davam etdirəcək. Əgər iqtisadi nöqteyi-nəzərindən problemə baxsaq, Rusiya çətin ki, münaqişənin həllində iştirakdan dividentlər alacaq. Rusiya Bəşər Əsədin dəstəyi üçün hərbi və maliyyə resurslarını xərcləməyə davam edir. ABŞ-ın mövqeyindən görünür ki, onun Suriyadan gedişi aktiv bombardmanlarla və İŞİD terrorçuları ilə ticarətlə müşayiət olunur.
Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyada mənzillənən İnsan hüquqlarının monitorinqi üzrə Suriya Mərkəzinin (SOHR) ABŞ və İŞİD-in qızıl ticarəti haqqında xəbərini şərh edən Rusiyanın “Nezavisimaya Gazeta” nəşri yazıb.
Təşkilat qeyd edir ki, söhbət İŞİD terrorçuların İraqa dəhliz üzrə keçidinə əvəz olaraq onlardan 40 ton qızıl və 17 ton gümüşün alınmasından gedir.
Rusiya nəşri qeyd edir ki, informasiyanı “feyk xəbər” adlandırmaq çətindir, çünki, SOHR Suriyanın bütün əyalətlərində, həmçinin İŞİD döyüşçülərinin cəmləşdiyi Deyr-ez-Zorda mənbələrə malikdir. SOHR məruzəsində iddia edir ki, bu əyalətin Baquz-Taxtani adlanan ərazisində mühasirəyə alınmış İŞİD döyüşçülərində xəzinə var və onun qiyməti demək olar ki, 2 milyard dollar təşkil edir. Bu, Suriyanın ümumi daxili məhsulun 3 faizindən çoxuna bərabərdir və Dəməşqin hərbi xərclərinin yarısından çoxuna uyğundur. Bu həmçinin Rusiyanın Suriyada hərbi və humanitar əməliyyatların keçirilməsi üzrə illik xərclərinə bərabərdir.
SOHR-dən bildirilir ki, amerikalılar “xəlifə” başçılarını mühasirədən təhlükəsiz dəhlizlə çıxış təminatına əvəz olaraq sərvətlərini bölüşdürməyə məcbur etməyə çalışırlar.
“Ehtimal ki, Amerika xüsusi təyinatlı dəstəsi artıq İŞİD-in qızıl ehtiyatlarını ələ keçirib. Bunu dolayısıyla ona görə müəyyən etmək mümkün olacaq, amerikalılar Suriyadan tezliklə gedəcəklər. Onlar Suriyada əməliyyatda böyük vəsaitlər xərcləyiblər, 2 milyard dollar xərclər üçün mötəbər mükafat və kompensasiya olacaq”, - SOHR-un məlumatında deyilir.
Ömər Dağlı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
