Yaxın Şərq
İsraildən MÜHARİBƏ ELANI - Prezidentin mətbuat xidməti açıqlama yaydı
İsrail pilotsuz təyyarələrinin hücumları müharibə elanı kimi qiymətləndirilə bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin xüsusi nümayəndəsi Yan Kubişlə görüşdə Livan prezidenti Mişel Aun bildirib.
“Livan Beyrutun cənub şəhərətrafına İsrail təcavüzünə cavab olaraq BMT Təhlükəsizlik Şurasına şikayət göndərdi. Özünümüdafiə hüququnu özümüzdə saxlayırıq, çünki, müharibə elanı olaraq baş verənlər suverenliyimizi və müstəqilliyimizi qorumaq hüququ verir”, - dövlət başçısının mətbuat xidmətinin xəbərində deyilir.

Prezident həmçinin vurğulayıb ki, İsrailin hərəkətləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur.
Xatırladaq ki, bazar günü gecəsi İsrailin pilotsuz təyyarələri Beyrutun cənub şəhərətrafısında “Hizbullah” təşkilatının mövqelərinə hücüm edib. Bir dron qəzaya düşüb və təşkilat üzvlərinin əlinə keçib, ikinci dron isə partlayıb.
Hadisə İsrail hərbçilərinin Suriya paytaxtı Dəməşqin yaxınlığında aviazərbələrdən bir neçə saat sonra baş verib. İsraildən verilən açıqlamaya görə, aviazərbələrdə İran obyektləri vurulub.
Bazar ertəsi gecəsi Livan KİV-i bildirib ki, İsrailin pilotsuz təyyarələri Livanda Suriya sərhədinin yaxınlığında Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinin mövqelərinə zərbələr endirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
