Yaxın Şərq
BMT, Rusiya və Avropa İttifaqından Türkiyə AÇIQLAMASI: Bu, çox vacibdir!
“Türkiyənin təhlükəsizlik qayğılarını anlayırıq, ancaq Suriyanın ərazi bütövlüyünun qorunması vacibdir”.
Publika.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin Fərat çayının şərqində yerləşən terror ünsürlərini təmizləmək üçün hərəkətə keçməsi ilə bağlı açıqlamasında deyib.
Mətbuat katibi qeyd edib ki, Türkiyə bu mövzuda Rusiyanın mövqeyini bölüşür. Moskvanın mövqeyi isə Suriyada qeyri-leqal şəkildə qüvvələrini saxlayan bütün xarici tərəflərin oradan çəkilməsinin vacibliyidir.
Avropa İttifaqı
Avropa İttifaqından verilən açıqlamada isə böhranın hərbi yolla həllini tapmayacağı bildirilib.
BMT
Birləşmiş Millətlər Təşkilatından məsələ ilə bağlı qəribə açıqlama gəlib. Cenevrədə jurnalistlərlə görüşən BMT Suriya Böhranının Humanitar Yardım kordinatoru Panos Moumtzis bütün tərəflərə dinc sakinlərin yurdlarından çıxarılmasının qarşısının alınması çağırışı edib. O, əməliyyatın gerçəkləşəcəyi təqdirdə lazımi fövqəladə vəziyyət planları hazırladıqlarını bildirib. Təcili ehtiyacı olanlara qida və tibbi yardım edə bilmək üçün bölgə ilə əlaqə saxlamalarının lazım olduğunu açıqlayıb. BMT təmsilçisinin Serebnitsa soyqırımından nümunə gətirərək “acı gerçəklər yaşadıq” sözləri sərt reaksiyaya səbəb olub.
Türkiyənin dəqiqliyi
Türkiyə “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatlarında dinc sakinlərin zərər görməməsi üçün böyük dəqiqliklə işləyib. Məhəllələrdə aparılan əməliyyatlar zamanı dinc sakinlər PKK-çılar tərəfindən qalxan kimi istifadə edilib. Türk ordusu mülki şəxslərə zərər gəlməməsi üçün çox sayda şəhid verib. Hətta məhz bu səbəbə görə əməliyyatların vaxtı uzadılıb və maliyyə yükü çoxalıb.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
