Yaxın Şərq
Koronaviruslu xəstələrin qaldığı xəstəxana PARTLADI: 82 nəfər diri-diri yandı - (YENİLƏNDİ)
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 82 nəfərə çatıb.
Bu barədə yerli INA agentliyi İraqın Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Daha əvvəl ölkənin İnsan Hüquqları üzrə Ali Komissiyasının nümayəndəsi Əl əl-Bayati hadisə zamanı 58 nəfərin həlak olduğunu bildirib.
Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub. (report)
xxx
12:12
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 55 nəfər ola bilər.
Bu barədə “Al-Hadath” telekanalı bildirib.
Daha əvvəl hadisə zamanı 28 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması haqqında bildirilib. İraqın İnsan hüquqları üzrə komissiyasının məlumatına görə, 55 nəfər faciənin qurbanı olub.
Lakin xəbər respublikanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. (report)
xxx
08:48
İraqın paytaxtındakı İbn Əl-Xatib Xəstəxanasında COVID-19 xəstələrinin müalicə olunduğu palatada oksigen balonunun partlaması nəticəsində yanğın baş verib.
Publika.az “Aljazeera” televiziya kanalına istinadla xəbər verir ki, insident nəticəsində azı 20 pasiyentin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilir.
Xəstəxananın digər şöbələrində müalicə olunan xəstələr təxliyə edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
