Yaxın Şərq
SON DƏQİQƏ: İran-İsrail müharibəsi başladı - VİDEO/YENİLƏNDİ

İran Kirmanşah və əyalətin bir sıra qərb əyalətlərindən İsrailə doğru döyüş pilotsuz uçuş aparatları (PUA) atıb.
Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bundan əlavə, telekanal aprelin 14-də səhər saatlarında İranın İsrail ərazisinə ballistik raketlər atmağa başlayacağını bildirib.
Bir müddət əvvəl “The Jerusalem Post” qəzeti İranın İsrailə onlarla hücuma keçdiyini bildirmişdi. Qeyd edilib ki, bu məlumat İsrail və Amerika kəşfiyyatından gəlir.
Bu arada “Al Arabiya” telekanalı İraqın cənub əyalətləri ərazisi üzərində İrana məxsus pilotsuz təyyarələrin aşkar edildiyini bildirib. Belə ki, Meysan və Nasiriyyə bölgələrində İsrailə doğru hərəkət edən pilotsuz təyyarələr müşahidə edilib.
xxx
00:00
İran pilotsuz uçan aparatla (PUA) İsrailə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Kan" radiostansiyası məlumat yayıb.
Daha sonra “The Jerusalem Post” İrana məxsus onlarla PUA-nın İsrailə doğru atıldığını yazıb.
Qeyd edilib ki, hərbçilər hava hücumundan müdafiə sistemləri ilə onları vurmağa hazır olduqlarını bildiriblər.
İDF-nin müdafiə sisteminə təyyarələr, "Dəmir Qübbə", "David's Sling" və "Arrow" raket sistemi daxildir.
Xatırladaq ki, aprelin 13-də İran Hörmüz boğazında "MSC Aries" yük gəmisinin ələ keçirildiyini təsdiqləyib.
Hücum İsrailin Dəməşqdəki konsulluğuna hücumuna görə, İranın qisası adlandırılıb. Bundan sonra İran Prezidenti İbrahim Rəisi cavab olaraq İsrailə hücum edəcəyini vəd edib. Bir sıra mənbələr hesab edir ki, bu addımın ardınca yeni qisas aktları da olacaq.
Bu məqamda İsrail İrandan hücuma hazır olduğunu açıqlayıb və bütün təhsil müəssisələrinin işini dayandırıb.
Bundan əvvəl ABŞ İranın hücumu ilə bağlı yeni xəbərdarlıq edib və İsrailə dəstək söz verib.
Hüseyn İbadlı

-
Region25 Aprel 22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal25 Aprel 21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq25 Aprel 20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya25 Aprel 19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya25 Aprel 18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika25 Aprel 17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial25 Aprel 16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya25 Aprel 15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb