Yaxın Şərq
İsrail “Dəmir şüa”nı əldə etdi – Onun haqda nə məlumdur?
İsrail Müdafiə Nazirliyi pilotsuz təyyarələri vurmağa qadir olan yeni yüksək güclü lazer silahının hazırlanmasını başa çatdırıb.
Publika.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, “Iron Beam” döyüş lazeri 100 kilovat gücə malikdir.
Testlər zamanı o, dronları effektiv şəkildə tutmaq qabiliyyətini nümayiş etdirib. Bununla belə, yeni sistemin dəqiq performans göstəriciləri açıqlanmayıb.
Yeni lazer ənənəvi raket sistemlərinə ucuz alternativ kimi yerləşdirilib: standart bir raketin buraxılışı üçün on minlərlə dollarla müqayisədə burada xərc 5 dollardan azdır.
Bununla belə, yeni sistemin bir sıra məhdudiyyətləri var, xüsusən də buludlu hava şəraitində təsirsizdir.
“Iron Beam”ın yaxın aylarda “Iron Dome”u tamamlayan çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsi olacağı gözlənilir. Onun milli hava hücumundan müdafiə sisteminə tam inteqrasiyası 2025-ci ilin sonuna planlaşdırılır.
Tural
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































