Yaxın Şərq
Səudiyyə Ərəbistanı ABŞ-a inamını itirdi - Pakistan güc balansını dəyişə bilər
İsrailin Qətərə endirdiyi zərbələrdən sonra Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlara inam zəiflədiyi üçün yeni təhlükəsizlik ittifaqları axtarmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
"Səudiyyə Ərəbistanı onilliklər ərzində hərbi müdafiə üçün ABŞ-a güvənib. İndi o, başqa yerə baxır. Çərşənbə günü Fars körfəzinin ərəb dövləti nüvə silahına malik yeganə müsəlman ölkəsi olan Pakistanla müdafiə paktı imzalayıb", - məlumatda deyilir.
Razılaşma İsrailin ABŞ-ın Körfəzdəki digər əsas tərəfdaşı olan Qətərdə HƏMAS-ın siyasi xadimlərinə raket zərbəsi endirməsindən bir həftə sonra elan edilib.
WSJ hesab edir ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasındakı razılaşma regionda güc balansını dəyişə bilər və Ər-Riyadın milli təhlükəsizlik məsələlərində Vaşinqtondan asılılığını aradan qaldırmaq istədiyini göstərir.
Sentyabrın 18-də Əl-Cəzirə telekanalı Fars körfəzinin ərəb ölkələrinin İsrailin Qətərə hücumuna cavab olaraq hərbi əməkdaşlığı genişləndirdiyini bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?















.jpg)





.webp)





.jpg)








