Nida Xəbər
Bayramov Əl-Cahvari ilə Yaxın Şərqdə artan gərginliyi müzakirə etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmiş qeyri-rezident səfiri Seyf bin Raşid Əl-Cahvarini qəbul edib.
Publika.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan–Oman münasibətlərinin cari vəziyyətini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İki ölkə arasında siyasi dialoq, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki artan gərginlik və hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb. Oman vətəndaşlarının Azərbaycan ərazisindən istifadə etməklə təxliyəsi, Azərbaycan vətəndaşlarının isə Oman ərazisindən istifadə etməklə təxliyəsinə yaradılmış şəraitə görə qarşılıqlı dəstək ifadə olunub.
Hər iki tərəf münasibətlərin daha da inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi, yüksək və ali səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq











.jpg)























