Yaxın Şərq
İsrail bombaladı: Seçkilər 2 il sonraya təxirə salındı
Livanda parlament ölkədəki təhlükəsizlik vəziyyətinə görə qanunvericilik seçkilərinin keçirilməsini iki il təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə parlament sədrinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, əvvəlcə may ayında keçirilməsi planlaşdırılan seçkilər İsrail ilə İranın dəstəklədiyi Hizbullah qruplaşması arasında davam edən müharibə səbəbindən ertələnib.
Məlumata görə, İsrail döyüş təyyarələri Beyrutun cənub ətrafı üzərində uçarkən bazar ertəsi günü deputatlar parlamentdə toplaşıblar. Toplantıda Hizbullahın parlament blokunun rəhbəri Məhəmməd Raad da iştirak edib.
Parlamentdə keçirilən müzakirələrdən sonra ölkədəki təhlükəsizlik vəziyyəti və siyasi gərginlik nəzərə alınaraq seçkilərin iki il müddətinə təxirə salınması barədə qərar qəbul edilib.
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!












.jpg)

.webp)

.jpg)





















