Suriya ordusunun əsgəri kimi geyinən yaraqlılar MƏHV EDİLDİ
Bizi izləyin

Yaxın Şərq

Suriya ordusunun əsgəri kimi geyinən yaraqlılar MƏHV EDİLDİ

Suriya ordusunun əsgəri kimi geyinən yaraqlılar MƏHV EDİLDİ

Hələb yaxınlığında Suriya ordusunun geyimində olan “Həyat Təhrir əş-Şam” terrorçularının bir qrupu məhv edilib.

Publika.az bu barədə Suriya Ərəb Respublikasının təhlükəsizlik qüvvələrinə istinadla xəbər verir.

“Bir neçə terrorçu qrup Hələbin qərbində və M5 Hələb-Dəməşq magistralında qoşunlarımızın arxasına keçməyə cəhd etsə də, məhv edilib. Bir halda yaraqlılar Suriya Ərəb Ordusunun geyimində idilər və onların çiyinlərində də bu ərazilərdə xidmət edən bölmələrimizin nişanları vardı.”, - TQ-nin nümayəndəsi bildirib.

Həmçinin bildirilib ki, bölmələrin geyimində belə dəqiqliyin olması yaraqlıların əməliyyata uzun müddət hazırlığından xəbər verir.

Bundan əvvəl Suriyada 400-dən çox Cəbhət ən-Nusra terrorçusu məhv edilib .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm