Yaxın Şərq
Bəşər Əsəd mühafizəçiləri ilə birlikdə Dəməşqdən qaçdı - CNN
Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.
Publika.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, siyasətçinin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə onu tapıla biləcəyi yerlərin heç birində yoxdur. Bundan əlavə, adətən siyasətçini qoruyan və onun hərəkətləri zamanı onu müşayiət edən mühafizəçilər də yoxdur. Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb.
“Üsyançı qüvvələr Əsədin yeri barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər”, - mənbə əlavə edib.
Dekabrın 7-də Əsədin ofisi onun başqa ölkələrə gizli səfərləri ilə bağlı məlumatlara cavab verib. Suriya rəsmisilərinin sözlərinə görə, bəzi xarici KİV-lər Suriya Prezidentinin Dəməşqi tərk etdiyini yazır. Əsəd bu iddiaları rədd edir və Suriya xalqını çaşdırmaq cəhdi kimi qiymətləndirir.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Misir və İordaniya rəsmiləri Suriya prezidentinə respublikanı tərk etməyi və müxalifət nümayəndələrinin də daxil olduğu müvəqqəti şura yaratmağı təklif ediblər. Qəzetin yazdığına görə, Qətər, BƏƏ və digər ərəb ölkələri Suriya hökumətinin tezliklə devrilməsi və regionda mümkün sabitliyin pozulmasından getdikcə daha çox narahatdırlar. Qəzetin mənbələri Əsədin Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və İraqdan dəstək istədiyini, lakin rədd edildiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Suriya hökumətinin təyyarəsi Dəməşqdən havaya qalxmışdı.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






















.jpg)


.jpg)













