Yaxın Şərq
ABŞ və Rusiya arasında BÖYÜK ANLAŞMA - Ər-Riyadda qurulan masadan hansı nəticələr çıxdı?
Səudiyyə Ərəbistanında keçirilən görüşdə Rusiya Federasiyası və ABŞ iqtisadiyyat, enerji və kosmos sahələrində əməkdaşlığın bərpası yollarını əlaqələndirmək üçün dialoq qurmaq barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb .
“İqtisadiyyatda, o cümlədən enerji, kosmos və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın bərpası yollarını razılaşdırmaq üçün dialoqun qurulmasına dair razılıq əldə edilib”, - Rusiya XİN-in məlumatında deyilir.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüş bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, o cümlədən Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki ölkə prezidentləri arasında görüşlərin təşkilinə həsr olunub.
Rusiya nümayəndə heyətini Rusiya liderinin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil ediblər .
Hüseyn İbadlı
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu














.jpg)






















