Yaxın Şərq
İsrail iki xəbər aldı - Biri kədərlidir, digəri sevindirici
İsrail hakimiyyəti HƏMAS-ın fevralın 22-i şənbə günü azad edəcəyi altı girovun adını açıqlayıb.
Publik.az bu barədə İsrailin “Girov və itkin düşmüş şəxslərin ailələrinin forumu” ictimai təşkilatının bəyanatına istinadla xəbər verir.
"Forum Eliya Koen, Tal Şoham, Ömər Şem Tov, Ömər Venkert, Hişam əl-Səid və Avera Mengistunun bu şənbə günü vətənə qayıtmasını böyük sevinclə qarşılayır", - bəyanatda deyilir.
Fəallar həmçinin qeyd ediblər ki, daha 4 girovun qalıqlarının cümə axşamı, fevralın 20-də qaytarılacağını kədərlə öyrəniblər.
Fevralın 18-də Qəzza zolağındakı hərəkatın rəhbəri Xəlil əl-Haya HƏMAS hərəkatının 6 canlı girovu fevralın 22-i şənbə günü azad edəcəyini açıqlayıb.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Hüseyn İbadlı
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu














.jpg)






















