Yaxın Şərq
İsrail polisi dəhşətli terror aktı barədə XƏBƏRDARLIQ ETDİ
Təl-Əvivin ətrafında boş avtobusların partladılması təhlükəli terror aktının planlaşdırılmasından xəbər verir.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə İsrail polisinin sözçüsü mayor Mixail Zingerman məlumat verib.
Onun sözlərinə görə, polisə əvvəlcə Bat Yamda bir-birindən bir neçə dəqiqə sonra baş verən iki partlayış barədə məlumat daxil olub. Bunun ardınca Holon şəhərində üçüncü partlayışın baş verdiyi bildirilir.
“Söhbət üç partlayışdan gedir. Bütün ehtimalla, planlaşdırılan çox təhlükəli terror aktının qarşısı alındı", - Zingerman qeyd edib.
Polis sözçüsü əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Təl-Əviv rayonunda işləyirlər. Zingerman bildirib ki, polisə şəhərdə və Holonda şübhəli əşyaların tapılması barədə məlumat daxil olub.
"Times of Israel" qəzeti bir neçə saat əvvəl avtobusun partlaması barədə məlumat yayıb. Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları partlayış baş verən ərazidə ictimai nəqliyyatın hərəkətini dayandırıb.
Fələstinin HƏMAS hərəkatı İsraildə ictimai nəqliyyata edilən hücumlarla bağlı bəyanat yayaraq, hücumları "intiqam" adlandırıb. Hərəkat partlayışları İsrail ordusunun Tulkərm şəhərində keçirdiyi əməliyyatla əlaqələndirib.
Hüseyn İbadlı
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu














.jpg)






















