Yaxın Şərq
Bu ölkədən sensasiya: Növbəti hədəf İstanbul və Ankara olacaq
İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyini hədəf alan hava hücumunun əks-sədaları davam edir. Hadisədən sonra sosial mediada “Türkiyəni vur” çağırışları edilib.
Publika.az xəbər verir ki, israilli təqaüdçü polkovnik, politoloq Moşe Elad bildirib ki, İsrailin sərt addımlarına görə Türkiyə də hədəfə çevrilə bilər.
O, “İsrailin qırmızı xətti olmadığı təəssüratı mövcuddur” deyərək, keçmişdə də ölkənin Avropanın mərkəzində Fələstin azadlıq təşkilatının (FƏTH) üzvlərinə sui-qəsd həyata keçirdiyini xatırladıb.
“Mossad Avropanın qəlbində Fələstin liderlərini siyasi nəticələri nəzərə almadan aradan götürüb. Buna görə də sabah Türkiyə də sıradakı ölkə ola bilər. Əgər fələstinlilər Ankaraya üz tutarsa, İsrailin İstanbul və ya Ankara mərkəzində hücum riski var”, - Elad qeyd edib.
Təqaüdçü polkovnik, həmçinin Qətər və İranı da hədəf göstərərək, Dohanın ABŞ-ın qoruması altında olduğunu düşünməsinin səhv olduğunu vurğulayıb: “Qətər özünü toxunulmaz sayırdı, amma bu düşüncə artıq dağıldı. Növbəti hədəf Türkiyə ola bilər”.
Elad əlavə edib ki, mümkün hücum halında NATO-nun Türkiyəni şərtsiz dəstəkləyəcəyinə zəmanət yoxdur: “Türkiyə NATO üzvüdür, amma bu, ona toxunulmazlıq qazandırmır. Alyans nadir hallarda yekdilliklə qərar qəbul edir”.
Akqabay
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO








.jpg)




.jpg)






.jpg)
















.jpg)


