Yaxın Şərq
Husilər Təl-Əvivi görün hansı raketlə vurub - 1 milyon israilli…
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri Təl-Əviv şəhərinə hipersəs ballistik raketlə zərbə endirdiklərini açıqlayıb.
Publika.az xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Məsirənin sözlərinə görə, hücum zamanı çoxlu döyüş başlığına malik “Fələstin-2” tipli raketdən istifadə olunub.
Onun iddiasına əsasən, raket Yaffa bölgəsindəki bir neçə strateji obyektə tuş gəlib və əməliyyat nəticəsində təxminən bir milyon israilli sığınacaqlara üz tutmağa məcbur qalıb.
Husilər 2023-cü ilin sonundan etibarən İsrailin Qəzzadakı hərbi əməliyyatlarına cavab olaraq bu ölkəyə yüzlərlə raket və pilotsuz uçuş aparatı ilə hücum həyata keçiriblər. İsrailin hava hücumundan müdafiə sistemləri zərbələrin böyük hissəsini dəf etsə də, bəziləri ölkə ərazisinə düşüb.
Cavab olaraq İsrail ordusu Yəməndəki husi hədəflərinə qarşı genişmiqyaslı hava əməliyyatları həyata keçirib. Zərbələr zamanı limanlar, elektrik stansiyaları, sənaye obyektləri və paytaxt Sənadakı hava limanı hədəfə alınıb.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?


















.jpg)







.jpg)
.jpg)








