Yaxın Şərq
"İnsanlar bu barədə çox pis danışırlar" - Tramp Netanyahuya xəbərdarlıq etdi
İsrail Qətərlə münasibətdə "çox diqqətli" olmalıdır.
Publika.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Mən istəyirəm ki, onlar çox, çox diqqətli olsunlar. Onlar HƏMAS haqqında nəsə etməlidirlər, lakin Qətər həmişə ABŞ-ın etibarlı müttəfiqi olub", - deyə jurnalistlərdən birinin "Benyamin Netanyahuya İsrailin ötən həftə HƏMAS liderlərinə endirdiyi zərbələrlə bağlı mesaj çatdırmaq istəyib-istəmədiyini" soruşarkən Tramp cavab verib.
Nəşr həmçinin qeyd edir ki, cümə günü Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə şam yeməyindən sonra Tramp onu “gözəl insan” adlandırıb.
ABŞ prezidenti ona deyib ki, Qətərin "yaxşı ictimai əlaqələrə" ehtiyacı var, çünki "insanlar bu barədə çox pis danışırlar və bunu etməməlidirlər".
Xatırladaq ki, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri əks-kəşfiyyatla birlikdə Dohaya hava zərbəsi endirib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (İDF) bildirib ki, əməliyyat 7 oktyabr 2023-cü ildə hücumların təşkilində birbaşa iştirak edən və İsrailə qarşı gələcək hərbi əməliyyatları koordinasiya edən yüksək vəzifəli HƏMAS fiqurlarını məhv etmək məqsədi daşıyır.
Bildirilir ki, şənbə günü Benyamin Netanyahu Qətərdəki HƏMAS liderlərinin sağ qaldığını bildirərək, onların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Adəm
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO








.jpg)




.jpg)






.jpg)
















.jpg)


