Yaxın Şərq
İsrail Hodeyda limanını yerlə-yeksan etdi - Onlarla gəmi...
Yəmənin Hodeyda limanı İsrailin hava hücumlarına məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə beynəlxalq dəniz radio trafiki və onlayn dəniz trafikinin monitorinqi sistemləri məlumat yayıb.
Bildirilib ki, hücum zaman limanda təxminən onlarla gəmi olub.
Limandakı gəmilər arasında Panama, Beliz, Marşal adaları və başqalarının bayraqları ilə üzən gəmilər də olub.
"Əl Masira" telekanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələrdən sonra liman şəhəri Hodeydada böyük yanğın baş verib .
İsrailin limana hücumu barədə xəbər sentyabrın 16-da günortadan sonra yayılıb. Yerli hakimiyyət orqanlarındakı mənbənin sözlərinə görə, İsrail qırıcıları azı beş zərbə endirib.
Hüseyn İbadlı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































