Yaxın Şərq
HƏMAS həmin məlumatı TƏKZİB ETDİ
Fələstinin radikal HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampdan Qəzza sektorundakı münaqişənin nizamlanmasına dair hər hansı bir sülh planı almasını inkar edir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi təşkilatın adının açıqlanmayan nümayəndəsinə istinadla məlumat yayıb.
“HƏMAS hərəkatına heç bir plan təqdim edilməyib”, - agentlik nümayəndəsi bildirib.
Bu həftə Trampın ərəb və müsəlman ölkələrinin liderlərinə Qəzzadakı münaqişənin dayandırılmasına yönəlmiş 21 maddədən ibarət sənəd təqdim etdiyi bildirilirdi. KİV-in məlumatına görə, plan tam atəşkəsi, girovların azad edilməsini, İsrail qoşunlarının mərhələli şəkildə çıxarılmasını, eləcə də müharibədən sonra HƏMAS-ın regionun idarə olunmasından kənarlaşdırılmasını nəzərdə tutur.
Bundan əlavə, Qəzzada yeni hökuməti maliyyələşdirəcək fələstinlilərdən və ərəb və müsəlman ölkələrinin hərbçilərindən ibarət birgə təhlükəsizlik qüvvələrinin yaradılması planlaşdırılır.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər








.jpg)


.jpg)





.jpg)
















.jpg)


