Yaxın Şərq
Qəzzanın böyük hissəsinə nəzarət ƏLƏ KEÇİRİLDİ - İDF İçərişəhəri hədəfə aldı
İsrail Müdafiə Qüvvələri ( İDF ) Qəzza şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
"Son günlərdə İsrail ordusu (İDF) Qəzzaya zərbələrin miqyasını genişləndirib, hər gecə 140-dan çox hədəfi vurur. Bu müddət ərzində təxminən 800 min sakin şəhərdən təxliyə edilib", - İsrail mənbəsi yazır.
KİV-in məlumatına görə, İDF Əl-Nadi, Şeyx Ajlin, Zeytun, Şucaiya və Tuffa ərazilərinə nəzarət edir.
Hazırda İDF şəhərin “ürəyi” hesab edilən əsas Əl-Rimal məhəlləsinə nəzarət edə bilmir. Burada Fələstinin bank infrastrukturu, dövlət qurumları, universitetləri və media mərkəzləri yerləşir. Həmçinin burada HƏMAS-ın yüksək səviyyəli rəsmiləri məskən salıblar.
İsrail ordusu Qəzzanın mərkəzində yerləşən İçərişəhəri də hələ ələ keçirməyib. Agentliyin məlumatına görə, HƏMAS qüvvələri ört-basdır etmək üçün tarixi binalardan istifadə edərək orada yerləşib. Bundan başqa, İsrailin hərbi planlarına Fələstin qaçqınlarının düşərgəsinin yerləşdiyi Əş-Şati bölgəsi uğrunda döyüş də daxildir.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?














.webp)











.jpg)










