Yaxın Şərq
İsrail kömək üçün Ukraynaya müraciət etdi
İsrailin Baş naziri Binyamin Netanyahu İran pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə məsələsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə kömək üçün müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı məlumat yayıb.
Bildirilib ki, İsrailin sorğusu Ukraynanın PUA-ların ələ keçirilməsi sahəsindəki geniş təcrübəsi fonunda və bu məsələdə İsrail ilə Ukrayna arasında əməkdaşlıq planları ilə əlaqədar yaranıb.
Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk müvafiq sorğunun edildiyini təsdiqləyib. Mövcud məlumata görə, Netanyahu ilə Zelenski arasında hələlik danışıq baş tutmayıb.
Martın 14-də İran parlamentinin milli təhlükəsizlik komissiyasının rəhbəri İbrahim Əzizi bəyan edib ki, Ukrayna pilotsuz uçuş aparatları vasitəsilə İsrailə dəstək verdiyi və faktiki olaraq münaqişəyə cəlb olunduğu üçün İranın zərbələri üçün qanuni hədəfə çevrilmək riski ilə üz-üzədir. Ukraynada bu sözlər artıq reaksiya doğurub - siyasətçinin adı qalmaqallı "Mirotvorets" saytının bazasına daxil edilib.
Hüseyn İbadlı
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
















.jpg)
.jpg)















