Yaxın Şərq
İsrailin ən böyük elektrik stansiyası VURULDU - FOTO
İran İslam Respublikası Silahlı Qüvvələri İsrailin ən strateji obyektlərindən birinə - "Orot Rabin" ("Rabinin işıqları") İstilik Elektrik Stansiyasına (İES) raket zərbəsi endirib.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Hadisə Aralıq dənizi sahilində, Xadera şəhəri yaxınlığında baş verib. Məlumata görə, raketin düşdüyü ərazidə güclü partlayış baş verib və səmada nəhəng "göbələk" formalı tüstü dumanı yaranıb. İlkin ehtimallara görə, infrastrukturun birbaşa hədəf alınmasına baxmayaraq, mərmi stansiyanın tam mərkəzinə deyil, yaxınlığına düşüb.
Qeyd edək ki, "Orot Rabin" stansiyası İsrailin ümumi elektrik enerjisinin təxminən 25 faizini təmin edir. Raket zərbəsi ölkənin enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Hazırda stansiyaya dəyən zərər qiymətləndirilir.
Adəm

-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız













.jpg)
.jpg)





















