Yaxın Şərq
İrandan ABŞ-a 90 faizlik uran hədəsi: Hücum olarsa...
İran ABŞ-ın mümkün hücumuna cavab olaraq uranın 90 faizə qədər zənginləşdirilməsi məsələsini nəzərdən keçirə bilər.
Publika.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının nümayəndəsi İbrahim Rezai "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Rezai bildirib ki, ABŞ-ın yenidən hücum edəcəyi təqdirdə İranın masadakı variantlarından biri uranın 90 faiz səviyyəsində zənginləşdirilməsi olacaq. Onun sözlərinə görə, bu məsələ parlamentdə ətraflı şəkildə araşdırılacaq.
Qeyd edək ki, "CNN" telekanalı daha əvvəl ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə hərbi əməliyyatların bərpası məsələsini ciddi şəkildə nəzərdən keçirdiyi barədə məlumat yayıb.
Martın əvvəlində İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmayıl Baqai fevralın 28-də ABŞ və İsrailin endirdiyi zərbələr zamanı ölkəsinin uranın zənginləşdirilməsi ilə məşğul olmadığını bəyan etmişdi.
Müəllif: Adəm
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı


































