Yaxın Şərq
İran silahlı qruplaşması bu ölkəyə hücum etdi - İDDİA
Küveyt Müdafiə Nazirliyi Bubiyan adası ərazisinə bir qrup şəxsin daxil olmaq cəhdi barədə məlumat yayıb.
Punlika.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, söhbət İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduğu ehtimal edilən altı nəfərdən gedir.
Hadisənin adanın dəniz zonasında baş verdiyi bildirilir. Küveyt tərəfinin iddiasına görə, yerli təhlükəsizlik qüvvələri ilə qarşıdurmadan sonra onlardan dördü saxlanılıb, digər iki nəfər isə qaçmağı bacarıb. Baş vermiş hadisə ilə əlaqədar İranın səfiri Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici siyasət idarəsi rəsmi etiraz notasını qarşı tərəfə təqdim edib və bu hərəkətləri düşmənçilik adlandıraraq qətiyyətlə pislədiyini bəyan edib.
İran tərəfi Küveytə qarşı hər hansı hücum planlaşdırılması barədə ittihamları rədd edib. ISNA agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyi saxlanılan şəxslərin gəmidə xidməti vəzifələrini yerinə yetirərkən naviqasiya sistemindəki nasazlıq səbəbindən Küveyt sularına daxil olan dənizçilər olduqlarını bildirib.
Hüseyn İbadlı
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı


































