Yaxın Şərq
ABŞ və İran arasında 300 milyardlıq plan: Yeni fond yaradılır
ABŞ və İran münaqişənin tənzimlənməsi çərçivəsində İran iqtisadiyyatının inkişafı üçün böyük investisiya fondunun yaradılması imkanını nəzərdən keçirirlər.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, iranlı rəsmilərdən biri və bir diplomat fondun həcmini 300 milyard dollar qiymətləndirsə də, danışıqlarda iştirak edən digər rəsmilər bu rəqəmi təsdiqləməyiblər.
İranlı dövlət rəsmisi layihəni “yenidənqurma proqramı” adlandırıb. Bildirilib ki, yekun razılaşma əldə olunarsa, bu proqram İrana vəd ediləcək.
Qəzet qeyd edir ki, İran tərəfi daha əvvəl bombardmanlar nəticəsində dəymiş ziyana görə kompensasiya tələb edib. İran rəsmiləri zərərin həcmini 300 milyard dollardan 1 trilyon dollara qədər qiymətləndiriblər.
İki diplomatın sözlərinə görə, söhbət beynəlxalq investisiya fondundan gedir və yekun razılaşma əldə olunacağı təqdirdə ABŞ bu fondun fəaliyyətinə dəstək verəcək. Fondun işləmə mexanizmi isə hələ tam hazırlanmayıb.
Məlumata görə, bu təşəbbüs ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner tərəfindən əvvəllər irəli sürülən ideyaların davamı hesab olunur.
“The New York Times” yazır ki, İran tərəfi ABŞ şirkətlərinin, o cümlədən iri neft və enerji korporasiyalarının İran bazarına daxil olmasını və birgə layihələr həyata keçirməsini də təklif edib.
Nəşrin məlumatına görə, ABŞ və İran arasında müzakirə olunan ilkin razılaşma çərçivəsində İranın xaricdə dondurulmuş vəsaitlərinin bir hissəsinin azad edilməsi də nəzərdə tutula bilər.
Tehran həmin aktivlərin ümumi həcmini 24 milyard dollar qiymətləndirir. Bunun 20 milyard dollarının Yaxın Şərq ölkələrində bloklandığı bildirilir.
İranlı rəsmi və diplomatların sözlərinə görə, razılaşma layihəsində İran vəsaitlərinin mərhələli şəkildə dondurulmadan çıxarılması məsələsi də əks olunmalıdır.
Adəm
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto






































