Yaxın Şərq
"Hizbullah"ın artilleriya qərargahı məhv edildi
srailin Müdafiə Ordusu Livanda radikal "Hizbullah" qruplaşmasının artilleriya qərargahını məhv edib.
Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Şmaeli rayonunda "Hizbullah" təşkilatının artilleriya qərargahına hücum edərək onu məhv edib. Hücumdan sonra binanın daxilində silahların olduğunu göstərən təkrar partlayışlar qeydə alınıb. Zərbə rayonda terrorçu qruplaşmaların olması barədə məlumat daxil olduqdan sonra endirilib", - məlumatda qeyd olunur.
Bu gün İsrail Ordusu həmçinin Livandan İsrail istiqamətinə raketlərin atıldığını, onlardan bəzilərinin zərərsizləşdirildiyini, digərlərinin isə heç bir ziyan vurmadan boş ərazilərə düşdüyünü bildirib.
İsrail Ordusundan həmçinin qeyd olunub ki, "Hizbullah" hərəkatının, xüsusilə İsrailin şimalına yönəlik zərbələrini intensivləşdirə biləcəyi ehtimalına qarşı hazırlıq görülür.
"İsrail Ordusunun Livanın cənubundakı əməliyyatlarını genişləndirməsindən sonra, mövcud vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, Livan ərazisindən törədilə biləcək mümkün zərbələrə, xüsusən ölkənin şimal bölgəsinə qarşı hazırlıq işləri aparılır", - bəyanatda vurğulanıb.
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto






































