Yaxın Şərq
Gərginlik pik həddə - ABŞ hərbi bazası vuruldu, atəşkəs pozuldu
Donald Trampın ABŞ-İran razılaşması ilə bağlı qərarı gözlənilərkən regionda gərginlik pik həddə çatıb.
Publika.az "Bloomberg"ə istinadla xəbər verir ki, cümə günündən şənbəyə keçən gecə İranın ballistik raketi Küveytdəki "Əli Əl-Səlim" aviabazasına hücum edib.
Hücum nəticəsində beş amerikalı hərbçi və podratçı yüngül xəsarət alıb. "The Rock" kimi tanınan və beynəlxalq koalisiya üçün strateji əhəmiyyət daşıyan bazadakı hücum zamanı ABŞ-a məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatı (PUA) məhv edilib, digəri isə ciddi zədələnib. Hər bir PUA-nın təxmini dəyərinin 30 milyon dollar olduğu bildirilir.
Bu hadisə Vaşinqton və Tehran arasında mövcud olan kövrək atəşkəsin faktiki olaraq pozulması kimi qiymətləndirilir. Tərəflər bir-birini müqavilə şərtlərini pozmaqda ittiham edirlər. Xüsusilə Hörmüz boğazında vəziyyət kritik olaraq qalır. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, boğazdan keçən gəmilər artıq onlarla əlaqələndirmə aparmaq məcburiyyətindədir.
Eyni zamanda, regionun digər qaynar nöqtəsi olan Livan-İsrail cəbhəsində də gərginlik davam edir. İsrail ordusunun (IDF) irəliləyişini "təhlükəli və görünməmiş eskalasiya" adlandıran Livanın Baş naziri Nəvaf Salam atəşkəs çağırışı edib. YUNİSEF-in məlumatına görə, son yeddi gündə bölgədəki hərbi əməliyyatlar nəticəsində 77 uşaq həlak olub və ya yaralanıb.
Diplomatik kanallar açıq qalsa da, ABŞ Müdafiə Naziri Pit Heqset və İran rəsmilərinin sərt bəyanatları vəziyyətin yaxın zamanda normallaşmayacağından xəbər verir.
Qəzzada da vəziyyət gərgin qalır; yerli hakimiyyət orqanlarının məlumatına görə, oktyabr ayından bəri İsrailin hücumları nəticəsində 929 nəfər həyatını itirib.
Hüseyn İbadlı
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto






































