Yaxın Şərq
ABŞ səfirliyinin əməkdaşları sığınacaqlara yerləşdirildi - İrandan raket hücumları
İsraildə ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşları İran tərəfindən həyata keçirilən yeni raket hücumları fonunda sığınacaqlara yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki səfiri Mayk Hakaabi məlumat verib.
Səfirin sözlərinə görə, Yerusəlimdə səhər saatlarında raket həyəcan siqnalı verilib. O bildirib ki, sığınacaqda olduqları vaxt güclü partlayış səsləri eşidilib və bunların çox güman ki, İsrailin hava hücumundan müdafiə sistemlərinin işə düşməsi ilə bağlı olduğu ehtimal edilir. Hakaabi həmçinin Yerusəlimə atılan raketlərin ələ keçirildiyini vurğulayıb.
ABŞ səfirliyi daha əvvəl bəyan etmişdi ki, təhlükəsizlik vəziyyəti ilə əlaqədar 8 iyun tarixində Yerusəlim və Təl-Əvivdəki diplomatik nümayəndəliklər fəaliyyətini dayandırıb.
İsrail ordusu səhər saatlarında İran tərəfindən yeni raket hücumunun həyata keçirildiyini açıqlayıb. Bundan əvvəl isə gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrində hərbi obyektlərə zərbələr endirib.
İsrail tərəfi bu əməliyyatların hərbi hədəflərə qarşı həyata keçirildiyini bildirib.
Adəm
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































