Yaxın Şərq
"Biz nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik" - Pezeşkian
İran prezidenti Məsud Pezeşkian ölkəsinin heç bir təhdid qarşısında geri çəkilməyəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranın əsas prioritetlərinin milli təhlükəsizlik və vətəndaşların rifahı olduğunu vurğulayıb.
“Güclü silahlı qüvvələrimiz və hökumətimiz İran xalqının hüquqlarını bütün gücü ilə müdafiə edəcək. Biz heç bir təhdid qarşısında geri çəkilməyəcəyik”, - deyə Pezeşkian bildirib.
İran prezidenti qeyd edib ki, diplomatiya və müdafiə ölkənin milli gücünün iki əsas dayağıdır.
“Biz nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik. Ümid edirik ki, birlik və rasional yanaşma sayəsində İran bu sınaqdan da qürurla çıxacaq”, - deyə o əlavə edib.
Pezeşkian vurğulayıb ki, milli təhlükəsizliyin və vətəndaşların əmin-amanlığının təmin edilməsi hökumətin əsas vəzifəsidir. Onun sözlərinə görə, İran xarici təzyiqlərə boyun əymədən öz hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc17 Oktyabr 16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq





































