Yaxın Şərq
İsrail İranı daha güclü zərbələrlə HƏDƏLƏDİ
"İsrail ordusu yüksək hazırlıq vəziyyətindədir və zərurət yaranarsa, İrana əvvəlkindən daha güclü zərbə endirməyə hazırdır".
Publika.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəhbəri Eyal Zamir bildirib.
İyunun 7-si axşam saatlarında İran İsrailə raket zərbələri endirib. Həmin vaxt Hayfa şəhəri də daxil olmaqla bir çox ərazidə hava həyəcanı elan edilib. Bir müddət sonra İsrail İrandakı hərbi obyektləri atəşə tutub, İran isə öz növbəsində hücumları davam etdirib.
İranın hərbi komandanlığı ABŞ prezidenti Donald Trampın tərəflərə hücumları dayandırmaq çağırışından sonra İsrailə qarşı zərbələri dayandırmaq qərarına gəldiyini açıqlayıb.
İsrail və ABŞ ilə İran və Livanın "Hizbullah" hərəkatı arasında münaqişə fevralın 28-dən bəri gərginləşib. İran bu müddət ərzində İsrailə, eləcə də Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı kimi bir çox Yaxın Şərq ölkəsinə hücumlar təşkil edib. İran hakimiyyəti hücumların hədəfinin Amerika hərbi bazaları olduğunu iddia edib və Türkiyəyə qarşı hücumların baş verməsini təkzib edib. Yaxın Şərq dövlətləri İranın bu hərəkətlərini sərt tənqid edib; məsələn, BƏƏ Tehrandakı səfirliyini bağlayıb və səfirini geri çağırıb, Səudiyyə Ərəbistanı isə İrana cavab zərbələri endirəcəyi ilə hədələyib.
Hüseyn İbadlı
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi

















.jpg)





.jpg)














