Yaxın Şərq
Almaniya hökumətində qarşıdurma, Mertsdən hədə: Səbrim tükənir
Almaniya kansleri Fridrix Merts hakim koalisiyanın bir hissəsi olan Almaniya Sosial Demokrat Partiyasına (SPD) qarşı səbrinin tükəndiyini açıqlayıb.
Publika.az xəbər verir ki, "Rheinische Post" qəzetinin məlumatına görə, partiyanın Bundestaqdakı fraksiyası infrastrukturun gələcəyi ilə bağlı qanunvericiliyin qəbul edilməsinə mane olur.
"Səbrim tükənir", - Merts hədələyici tonda bildirib.
Bu qanun əsas infrastruktur layihələri üçün planlaşdırma və təsdiq prosedurlarını sürətləndirmək, rəqəmsallaşdırmaq və sadələşdirmək üçün əsas layihədir. Almaniya Nazirlər Kabineti onu 2025-ci ilin dekabr ayında təsdiqləyib. Lakin o vaxtdan bəri Bundestaqda müzakirə olunur və SPD onun irəliləyişinə mane olur.
Sosial Demokratlar bunun müqabilində təbii infrastrukturun gücləndirilməsi ilə bağlı qanun tələb edirlər. Lakin hazırda bu qanun idarələrarası təsdiq mərhələsindədir və mühafizəkar siyasətçilərin müxalifəti səbəbindən hələlik kabinetə çatmayıb. Qanun ekoloji layihələrin həyata keçirilməsində bürokratiyanı azaltmaq məqsədi daşıyır.
Müəllif: Tural
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc17 Oktyabr 16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq





































