Yaxın Şərq
ABŞ İsraildə hərəkət məhdudiyyəti tətbiq etdi: Yaxın Şərqdə gərginlik kritik həddə
Yaxın Şərqdə artan hərbi qarşıdurmalar fonunda ABŞ-ın İsraildəki diplomatik missiyası əməkdaşlarının hərəkətinə məhdudiyyətlər tətbiq edib.
Publika.az xəbər verir ki, ABŞ diplomatlarına Livan, Misir və Qəzza zolağı ilə sərhəd bölgələrinə, eləcə də İordan çayının Qərb sahilinin əksər ərazilərinə səfər etmək qadağan olunub. Eyni zamanda, əvvəllər tətbiq edilən konsulluq fəaliyyətinə dair məhdudiyyətlər isə ləğv edilib.
Gərginlik bölgədə ardıcıl hərbi toqquşmalarla daha da dərinləşib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində “Apache” helikopterinin vurulmasından sonra İran ərazisinə raket zərbələrinin endirildiyini açıqlayıb. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücum edib.
Daha sonra İran İsrailin şimal bölgələrini raket atəşinə tutub. İsrail tərəfi isə bütün raketlərin zərərsizləşdirildiyini bildirib. Bu hadisələr İsrailin Beyrut ətrafında “Hizbullah”a məxsus obyektə zərbə endirməsindən sonra baş verib. Təl-Əviv həmin hücumu sərhəd bölgələrindən atəşə cavab kimi əsaslandırıb.
Məlumata görə, qarşılıqlı zərbələrin intensivləşdiyi gecədə İsrail İrana cavab hücumu həyata keçirib, səhər saatlarında isə Tehran yenidən İsrail ərazisini atəşə tutub. Günorta isə tərəflərin atəşkəs elan etdiyi bildirilib.
Adəm
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO






.jpg)








.jpg)



















.jpg)

