Yaxın Şərq
Münaqişə başlayandan bəri ilk dəfə üz-üzə gəldilər - Ərəb ölkəsi riskləri minimuma endirmək istəyir
Birləşmiş Ərəb Əmirlikləri və İranın milli təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli nümayəndələri ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri ilk dəfə üz-üzə görüş keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadla "Bloomberg" agentliyi yayıb.
Agentliyin məlumatına görə, bu həftə baş tutan danışıqlar hər iki ölkənin ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq istəyi fonunda mühüm bir addım olub. Görüşün təşəbbüskarı əsasən Abu-Dabi olub və onun Tehranla dialoqu normallaşdırmaqda maraqlı olduğu bildirilir.
"Bloomberg"in həmsöhbətləri qeyd ediblər ki, BƏƏ hakimiyyəti hazırda ölkənin iqtisadiyyatı və milli təhlükəsizliyi üçün mümkün riskləri minimuma endirməyə diqqət yetirir. Agentliyin qiymətləndirməsinə görə, bu yanaşma Abu-Dabinin münaqişənin erkən mərhələlərində tutduğu daha sərt mövqedən fərqlənir.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıb. İslam Respublikasının bir çox şəhərləri, o cümlədən paytaxtı hücuma məruz qalıb və zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına düşüb, nəticədə o, həlak olub. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki Amerika aviabazalarına raket və dron zərbələri endirməyə başlayıb.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc17 Oktyabr 16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq





































