Yaxın Şərq
İsrail ABŞ-İran razılaşmasına belə reaksiya verdi
İsrail ABŞ və İran arasında əldə olunan sülh sazişindən narazı qaldığını bildirib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı sənədlə tanış olan İsrail mənbəsinə istinadla "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Təl-Əviv xüsusilə bu razılaşmanın İran rejiminin süqutuna şərait yaratmaq əvəzinə, dövlət xəzinəsinə vəsaitlərin geri qayıtmasına imkan verəcəyindən narahatdır. İsrailin fikrincə, razılaşmada İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyi ilə bağlı dəqiq bir cavab yoxdur və Vaşinqton bu məsələdə Tehranın xoş məramına güvənir. Mənbə qeyd edib ki, sazişdə İranın Livanın "Hizbullah" təşkilatı da daxil olmaqla, öz proksi qüvvələrinə dəstəyini dayandırması məsələsi də öz əksini tapmayıb.
Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, ölkəsinin Livanla bağlı Amerika-İran sazişinin bir hissəsi hesab edilməsini qəbul etmir. İsrail mənbələrinin sözlərinə görə, Netanyahu Amerika Prezidentinə deyib ki, İsrail ordusu Livandan çıxmayacaq, hazırda olduğu mövqelərdə qalacaq və "Hizbullah"dan gələn təhdidlərə uyğun şəkildə fəaliyyətini davam etdirəcək.
-
Ekologiya22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
















.jpg)





















