Yaxın Şərq
Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampla mümkün qədər qısa müddətdə görüşün təşkil olunmasını tələb edir.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Netanyahunun tələskənliyinin əsas səbəbi Livanın “Hizbullah” qruplaşması ilə atəşkəs şərtləri və danışıqlar prosesi fonunda yaranmış gərginlikdir.
Bildirilir ki, İsrail hökumətinin başçısı Trampla artıq qarşıdakı həftəsonu görüşməyi planlaşdırır. Görüşün ABŞ prezidentinin “Böyük yeddilik” (G7) sammitindən qayıtdıqdan dərhal sonra və ya bir neçə gün ərzində baş tutacağı gözlənilir.
Bundan əvvəl Livan hakimiyyəti Beyrutun cənub ətrafında yerləşən Qbeyri rayonuna endirilən zərbə barədə məlumat yayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Baş verənlərə münasibət bildirən Tramp belə hücumların yolverilməz olduğunu vurğulayıb. O, tərəfləri gərginliyi artırmamağa və mümkün sülh razılaşması fonunda qarşılıqlı güzəştlərə getməyə çağırıb.
Müəllif: Adəm
-
Ekologiya22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
















.jpg)





















