Yaxın Şərq
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə danışıqlar uğursuz olacağı təqdirdə Vaşinqtonun yenidən hərbi əməliyyatlara başlaya biləcəyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə Tramp “The New York Times” qəzetinə müsahibəsində danışıb.
ABŞ lideri bildirib ki, Tehranla yekun razılaşma əldə olunmasa, Vaşinqton iki ssenaridən birini seçə bilər.
“Əgər İran ABŞ ilə yekun razılaşmaya nail ola bilməsə, ya hərbi zərbələri bərpa edəcəyəm, ya da Yaxın Şərqin “keşikçisi” rolunu üzərimizə götürəcəyik və bunun müqabilində region gəlirlərinin 20 faizini alacağıq”, - deyə Tramp qeyd edib.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin köməkçiləri İranın nüvə proqramı ilə bağlı danışıqların yeni mərhələsinin cümə günü İsveçrədə başlayacağını gözləyirlər.
Müəllif: Adəm
-
Ekologiya22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
















.jpg)





















