Yaxın Şərq
Rəsmi bəyanatlar və dənizdəki reallıq - Hörmüz boğazında nə baş verir?
ABŞ və İran arasında memorandumun razılaşdırılmasına baxmayaraq, Hörmüz boğazından gəmilərin keçidi hələ də bərpa olunmayıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Fars körfəzində gəmiləri ilişib qalan üç beynəlxalq gəmiçilik şirkəti bildirib ki, onlar keçidlə bağlı riskləri qiymətləndirməyə davam etdikləri üçün gəmilərinin hərəkətini hələlik bərpa etmirlər. NYT yazır ki, hazırda Fars körfəzində boğazdan keçə bilməyən 500-ə yaxın iri kommersiya gəmisi qalmaqdadır.
İyunun 15-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan sazişə nail olduqlarını elan ediblər. Sənəd layihəsi həmçinin dəniz blokadasının götürülməsini, neftlə bağlı güzəştləri, İranın aktivlərinin blokdan çıxarılmasını və nüvə proqramı üzrə danışıqların davam etdirilməsini əhatə edir.
Tehran iyunun 11-də boğazın gəmiçilik üçün növbəti dəfə bağlandığını elan edərək, bu tədbirin daha əvvəl keçid icazəsi almış gəmilərə də şamil edildiyini bildirmişdi. İranda əlavə ediblər ki, bu sərəncam onun ləğvi barədə xüsusi bildiriş verilənə qədər qüvvədə qalacaq və hələlik belə bir məlumat daxil olmayıb.
Hüseyn İbadlı
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir






.jpg)






.jpg)






















.jpg)

