Yaxın Şərq
ABŞ İsrailə detalları vermədi: Tehranla gizli razılaşma Təl-Əvivi narahat etdi
İsrail ABŞ ilə İran arasında hazırlanmış qarşılıqlı anlaşma memorandumu ilə bağlı Vaşinqtondan izahat tələb etsə də, buna müsbət cavab ala bilməyib.
Publika.az xəbər verir ki, bu barədə "Channel 12" telekanalı yüksək vəzifəli israilli rəsmilərə istinadən məlumat yayıb.
İsrail cümə günü İsveçrədə imzalanacağı gözlənilən sənədin bütün detalları ilə hələ də tanış deyil. Xüsusilə, İranın nüvə proqramı və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ləğvi ilə bağlı müddəalar Təl-Əviv üçün əsas narahatlıq doğuran məsələlər sırasındadır.
Bundan əlavə, kanalın həmsöhbətləri vurğulayıblar ki, İsrail memorandumda nəzərdə tutulduğu kimi qoşunlarının Livandan çıxarılmasına qarşıdır.
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, ölkəsinin hərbi qüvvələri Livandakı təhlükəsizlik zonasında qalmağa davam edəcək: “Əgər İran Livandakı hadisələrə görə İsrailə hücum etsə, biz bütün gücümüzlə cavab verəcəyik”.
Bildirilib ki, ABŞ-İran qarşılıqlı anlaşma memorandumu gələcəkdə daha geniş və hərtərəfli saziş üzrə danışıqların əsasını təşkil etməlidir. Həmin sənədə İranın nüvə proqramı ilə bağlı məsələlərin də daxil ediləcəyi bildirilir.
Məlumata əsasən, memorandum imzalandıqdan sonra tərəflər yekun sülh sazişi üzrə 60 gün ərzində ortaq mövqeyə gəlməyə çalışacaqlar.
Müəllif: Adəm
-
Ekologiya22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
















.jpg)





















