Yaxın Şərq
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vaşinqton və Tehran arasında imzalanan yeni anlaşma beynəlxalq siyasi gündəmdə geniş rezonans doğurub. Saziş həm ABŞ daxilində, həm də dünya paytaxtlarında balansların yenidən dəyişə biləcəyi ilə bağlı müzakirələrə səbəb olub. Savaş dövründə sərt açıqlamaları ilə diqqət çəkən ABŞ prezidenti Donald Trampın İranla eyni masaya oturması “pərdə arxasında nə dəyişdi?” sualını gündəmə gətirib.
Publika.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.
Rəsmi sənəd ilk baxışda “razılaşma” kimi təqdim olunsa da, ekspertlər onun mahiyyətinin daha mürəkkəb olduğunu bildiriblər. Bölgədə isə artıq müəyyən hərəkətlilik müşahidə olunur.
Ekspertlərin fikrincə, ABŞ-İran anlaşmasının aşağıdakı 5 müddəa gələcəkdə yeni mübahisələrə və risklərə yol aça bilər:
1. Livanla bağlı müddəa İsrailin hərəkət imkanlarını məhdudlaşdıra bilər.
2. ABŞ-ın İran müxalifətinə dəstəyi təhlükə altına düşə bilər.
3. Hörmüz boğazında yeni ödəniş və tənzimləmələrlə bağlı narahatlıqlar yaranıb.
4. İran üçün nəzərdə tutulan 300 milyard dollarlıq investisiyanın mənbəyi qeyri-müəyyən olaraq qalır.
5. Dondurulmuş İran aktivlərinin sərbəst buraxılması ən ciddi narahatlıq doğuran məsələlərdən biri hesab olunur.
“New York Times”ın məlumatına görə, anlaşmanın ən diqqətçəkən bəndlərindən biri İranın uzun müddətdir sanksiyalar səbəbindən məhdudlaşdırılan neft ixracından yenidən gəlir əldə etməsinə imkan verilməsidir. Bu addım Tehranın iqtisadi təzyiqlərdən qismən çıxmasına şərait yarada bilər.
Eyni zamanda, İranın dondurulmuş milyardlarla dollarlıq aktivlərinin müəyyən şərtlərlə azad edilməsi də gündəmdədir. ABŞ administrasiyası bu vəsaitlərin yalnız İranın öhdəliklərini yerinə yetirməsi və “müsbət davranış” nümayiş etdirməsi halında istifadə oluna biləcəyini bildirir.
Ekspertlər isə bu yanaşmanın Obama dövründəki siyasətə oxşar olduğunu qeyd ediblər.
Beynəlxalq qiymətləndirmələrə görə, İranın istehsal və ixrac imkanlarının bərpası ilə birlikdə illik neft gəlirlərinin 60 milyard dolları keçməsi mümkün ola bilər.
Anlaşma çərçivəsində gündəmə gələn digər mühüm məsələ isə təxminən 300 milyard dollarlıq investisiya planıdır. ABŞ bu addımın İran iqtisadiyyatının sabitləşməsinə və regionda gərginliyin azalmasına töhfə verə biləcəyini hesab edir. Lakin bu plan həm ABŞ daxilində, həm də region ölkələrində ciddi müzakirələr doğurub.
“Wall Street Journal”ın məlumatına görə, anlaşmanın təsirləri artıq regionda görünməyə başlayıb. Bir neçə İran neft tankeri limanlardan çıxaraq beynəlxalq sularda hərəkət etməyə başlayıb. Bu, sanksiyaların yumşaldılması ilə bağlı gözləntilərin artdığına işarə kimi qiymətləndirilir.
İran Araşdırmaları Mərkəzinin rəhbəri Serhan Afacan bildirib ki, sənədin bəzi hissələri fərqli şərhlərə açıqdır. Onun sözlərinə görə, yekun razılaşmanın BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi nəzərdə tutulur ki, bu da prosesin daha mürəkkəb olmasına səbəb ola bilər.
Ekspert həmçinin İranın nüvə proqramı ilə bağlı məsələlərin hələ tam aydın olmadığını, ABŞ tərəfinin mövqeyinin isə müəyyən qədər qeyri-müəyyən qaldığını vurğulayıb.
Bəzi analitiklər anlaşmanın İranın iqtisadi güclənməsinə və regiondakı təsir imkanlarının artmasına səbəb ola biləcəyini bildirirlər. Digərləri isə sənədin İsrail-Livan xəttində yeni gərginliklər yarada biləcəyini istisna etmir.
Eyni zamanda, ABŞ-ın İran daxilində müxalif qüvvələrə dəstəyinin məhdudlaşdırılması ehtimalı və Hürmüz boğazı ilə bağlı yeni tənzimləmələr də narahatlıq doğuran məqamlardan sayılır.
ABŞ prezidenti Donald Tramp isə açıqlamasında anlaşmanın uğursuz olması halında hərbi variantın yenidən gündəmə gələ biləcəyini bildirib: “Əgər razılaşma alınmasa, yenidən lazım olanı edəcəyik”.
Akqabay
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi




























.webp)
.jpg)









