Yaxın Şərq
Hicabsız çıxış edən iranlı müğənniyə 74 şallaq cəzası verildi
İranlı müğənni Parastu Əhmədi və onun prodüser qrupunun səkkiz üzvü hicabsız səhnə çıxışına görə 74 şallaq cəzasına məhkum ediliblər.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qum Vilayət Cinayət Məhkəməsinin qərarına əsasən, onlara həmçinin iki il müddətinə ölkədən çıxış və musiqi fəaliyyəti qadağan edilib. İttihamlara kobud və əxlaqsız məzmun yaymaq və ictimai əxlaqı pozmaq daxil edilib.
Hadisə 2024-cü ilin dekabrında baş verib. 29 yaşlı Əhmədi "YouTube"da canlı yayımlanan konsertdə hicabsız şəkildə “Az Khoone Javanane Vatan” mahnısını ifa edib. Video qısa müddətdə viral olub və milyonlarla baxış toplayıb.
Qısa müddət sonra müğənni və bir neçə musiqiçi saxlanılıb və onlara qarşı cinayət işi açılıb. İnsan haqları təşkilatları isə hökmü “şou məhkəməsi” adlandıraraq tənqid ediblər.
İranlı insan haqları fəalları bildirirlər ki, bu qərar ölkədə mədəni və sosial azadlıqlarla bağlı vəziyyətin dəyişmədiyini göstərir.
-
Ekologiya22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
















.jpg)





















