Yaxın Şərq
İsrail ordusuna ƏMR VERİLDİ - “Sarı xətt” toxunulmaz qalır, amma...
İsrail hakimiyyəti ordusuna Livanda atəşi dayandırmağı, lakin mövqelərdə qalmağı əmr edib.
Publika.az “N12” telekanalına istinadla xəbər verir ki, rəsmi Təl-Əviv vəziyyətlə bağlı yeni qərar qəbul edib.
Bildirilir ki, bu əmr İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Katz tərəfindən verilib. Eyni zamanda, bu sərəncama əsasən, İsrail ordusu Cənubi Livanda tutduğu mövqeləri, yəni "sarı xətt" boyu əraziləri nəzarətdə saxlamağa davam edəcək. Telekanalın məlumatına görə, bu qərar İsrail hakimiyyəti tərəfindən "ABŞ ilə koordinasiyadan sonra" qəbul edilib.
Bir gün əvvəl “Spiegel” jurnalı öz mənbələrinə istinadla xəbər vermişdi ki, İsrail və Livanın “Hizbullah” hərəkatı ABŞ və Qətərin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər.
Bundan əvvəl Netanyahu İsrail qoşunlarının Livanın cənubunda nəzarət etdikləri sərhəd ərazilərini tərk etməyəcəyini bildirmişdi. “Bibliya yolu”nun təməlqoyma mərasimində çıxış edərkən o, İsrailin şimal rayonlarında asayişin və rifahın bərpası üçün "təhlükəsizlik zonası"nın saxlanılmasının vacib olduğunu qeyd etmişdi.
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı













.jpg)




.jpg)
.jpg)



















