Yaxın Şərq
İran-ABŞ danışıqlarında yeni mərhələ: Ekspert görüşləri başlayır
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi İsveçrədə qalaraq ABŞ-la aparılan danışıqların icra mexanizmlərinə dair ekspert görüşlərinə rəhbərlik edəcək.
Publika.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Bildirilir ki, danışıqların yeni mərhələsi 22 iyunda başlayır. Məsləhətləşmələrdə vasitəçi ölkələr kimi Pakistan və Qətər nümayəndələri də iştirak edəcək.
Qeyd olunur ki, İranın əsas nümayəndə heyəti - parlament sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bankın rəhbəri Əbdül-Nəsir Hemmati artıq İsveçrədəki səfərlərini başa vuraraq ölkəni tərk ediblər.
Xatırladaq ki, Tehran və Vaşinqton arasında Yaxın Şərqdə münaqişənin nizamlanmasına dair aparılan danışıqlar yekun sazişin imzalanması ilə nəticələnməyib. Tərəflər yekun sənəd üzrə razılığa gələ bilmədikdən sonra proses müvəqqəti olaraq dayandırılıb.
Müəllif: Adəm
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı













.jpg)




.jpg)
.jpg)



















