Nəqliyyat
"Dərnəgül" Mübadilə Mərkəzi nə zaman fəaliyyətə başlayacaq? - AÇIQLAMA
Metronun "Dərnəgül" stansiyası yaxınlığındakı ərazidə yaradılan Nəqliyyatı Mübadilə Mərkəzinin yanvarın 13-də fəaliyyətə başlanması planlaşdırılsa da, proses gecikir.
Bu barədə Publika.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev gecikmənin bəzi texniki çatışmazlıqlarla əlaqədar olduğunu deyib:
“Hər hansı mərkəz fəaliyyətə başlamamışdan əvvəl orada baxış keçirilir. Əgər tələblərə cavab vermirsə, gecikmə ola bilər. “Dərnəgül” Mübadilə Mərkəzinin də fəaliyyətə başlaması üçün bir sıra texniki problemlər var, onların həll edilməsini gözləyirik”.
M.Ağayev onu da vurğulayıb ki, Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ərazidəki ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaqları dəyişdiriləcək:
“Bununla da günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq və sıxlığı aradan qaldırmaq mümkün olacaq. Mübadilə Mərkəzində dayanacaqlar quraşdırılıb. Hər bir dayanacaqda avtobusların hərəkət sxemləri əks olunacaq”.
"Dərnəgül” Mübadilə Mərkəzi istifadəyə veriləndən sonra 100, 108, 123,134, 147, 155 marşrut xətlərinin son dayanacaq məntəqəsi "Dərnəgül” NMM-nə köçürüləcək. Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq daha sonra 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların "Dərnəgül” NMM-nə hərəkət edəcək.
Gülxar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
