Nəqliyyat
Bakıda “Yüksək Texnologiyalar Həftəsi”nə start verildi
Bu gündən Bakıda “Yüksək Texnologiyalar Həftəsi”nə start verilir. Bu münasibətlə dekabrın 4-dən 7-dək “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçiriləcək.
Publika.az xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu konfransın İKT sahəsinin nümayəndələri üçün artıq görüş məkanına çevrildiyini deyib: “Artıq 24 ildir ki, "Bakutel" sərgisi regionda ən mühüm hadisələrdən biri hesab edilir. İKT təmsilçiləri gələcək inkişaf layihələri barədə müzakirə aparır, informasiya texnologiyaları sahəsində həlledici qərarlar qəbul edirlər. Eyni zamanda, "Bakutel" son texnoloji yeniliklərin nümayişi üçün imkanlar açır. Xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması, dövlət telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi və yeni xidmətlərin göstərilməsi üçün yeni işlər görür”.
Nazir bildirib ki, ölkə vətəndaşlarının poçt, telekommunikasiya və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə yaradılan şəbəkə xidmətlərinin sayı davamlı olaraq artırılır. “Bu gün ənənəvi xidmətlərlə yanaşı, Azərbaycan poçtu bank, maliyyə xidmətləri də göstərir və artıq beynəlxalq tranzit poçt mərkəzi kimi imkanlarını genişləndirib. Çindən sifariş olunan elektron ticarət məhsulları ölkəmizə gətirilir və Azərbaycandan dünyanın 20-dən çox ölkəsinə göndərilir. Bundan başqa, informasiya kommunikasi sahəsinə marağı artırmaq üçün regionlarda da müxtəlif start-uo layihələri, oyunlar və müsabiqələr keçirilir. Bu gün Azərbaycanda tranzit informasiya potensialının artırılması baxımından mühüm addımlar atılır. Əminəm ki, sərgi ölkəmizdə İKT sahəsinə öz töhfəsini verəcək. Yerli və beynəlxalq arenada fəaliyyət göstərən şirkətlər arasında yeni əməkdaşlıq əlaqələri quracaq”.
Qeyd edək ki, bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı edir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar. “Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendlərini nümayiş etdirəcək. Sərgi bu il bir real innovasiya festivalı təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil İT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Hər il iştirakçıların siyahısı yeni şirkətlərlə öz ekspozisiyasını genişləndirir.
-
Sağlamlıq07:3520 yaşlı tələbə təhlükəli xəstəliyi soyuqdəymə zənn etdi, hər iki ayağını itirdi - Foto
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...





































