Nəqliyyat
Bakının bu küçələrində hərəkət dayandırılacaq - SİYAHI (YENİLƏNDİ)
Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, fevralın 26-da Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Belə ki, Xocalı soyqırımının 27-ci ildönümünün anılması üçün yürüş edənlərin Neftçilər və Bülbül prospeklərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abidəsi ətrafında dövrə edib, eyni marşrutla – 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub. Bununla əlaqədar qeyd edilən marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-in çıxışından 3-cü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Bayıl qəsəbəsi, Xanlar küçəsi, Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq Meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə dəyişdiriləcək.
Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu zavod dairəsindən Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev Mərkəzinin yanından, Xətai prospekti – Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xaqani, Puşkin, 28 May, R.Zorge, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkətin istiqamətinin dəyişdirilməsi planlaşdırılıb. Həmçinin Hava limanı istiqamətindən cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.
Əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə və dünya əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimində iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.
*****
10:33
Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakı şəhərinin bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Publika.az xəbər verir ki, sabah paytaxtın Xətai rayonu Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Məhdudiyyət saat 08:00-dan tədbir başa çatanadək davam edəcək.
"Ana harayı" abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
-
MDB15:47Ermənistanı bürüyən dəhşətli tornadolar əhalini qorxuya saldı - VİDEO
-
Region15:30Rusiyada narazılıq yaradan erməni belə saxlanıldı: Gümrüdə abidəni dağıtmışdı - VİDEO
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi
-
İdman11:43DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar
-
Nida Xəbər 11:35Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
-
İdman09:59DÇ-2026: Türkiyə Avstraliyaya məğlub oldu - YENİLƏNİb
-
Magazin207:30Türkiyədə narkotiklə bağlı yeni həbs dalğası - Hansı məşhurlar saxlanılıb?






































