Marşrut avtobusları ilə bağlı yeni tələblər - Ən azı 3 sürücü...
Bizi izləyin

Nəqliyyat

Marşrut avtobusları ilə bağlı yeni tələblər - Ən azı 3 sürücü...

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”təsdiq edilib.

Publika.az xəbər verir ki, tələblərdə Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarla və taksi minik avtomobilləri ilə sərnişin daşıyan daşıyıcılara aid bir sıra məqamlara da aydınlıq gətirilib.

Belə ki, tələblərə görə, daşıyıcının tabeliyində hər bir avtobus üçün ən azı 3 (üç) sürücü olmalıdır.

Daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçirilə bilər.

Reysə çıxan nəqliyyat vasitələrinin sayına uyğun reysqabağı texniki yoxlamanın, texniki qulluğun və cari təmirin keçirilməsi üçün məntəqənin mövcud olmalıdır, Eyni növbədə reysə çıxan sürücülərin sayına uyğun tibbi müayinənin keçirilməsi üçün məntəqə, avtobusların sayına uyğun yuma məntəqəsi, istifadəsində olan avtobusların rahat və təhlükəsiz parklanmasına imkan verən ərazinin və avtobuslar üçün təhlükəsiz və maneəsiz giriş-çıxış yerlərinin, o cümlədən fövqəladə hallar üçün ehtiyat çıxış yerlərinin mövcud olmalıdır.

Bununla yanaşı nəqliyyat vasitələrinin salamatlılığının təmini üçün nəzarət kameraları ilə təchiz edilmiş, yanğın və texniki-təhlükəsizlik tələblərinə cavab verən mühafizə sistemi olmalı, daşıyıcı bu Tələblərdə nəzərdə tutulmuş hallarda sərnişin avtonəqliyyat vasitəsini nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu) və ya POS-terminalla, daxili və xarici nəzarət kameraları ilə, taksometrlə (müvafiq proqram təminatı ilə) təchiz etməlidir.

Müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı, habelə taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən daşıyıcı sürücü qismində işə qəbul etdiyi və işdən azad etdiyi hər bir şəxs barədə müəyyən olunan qaydada məlumatları 3 (üç) gündən gec olmayaraq vahid informasiya sisteminə yerləşdirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidir.

Hər bir daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobus və taksi minik avtomobili üçün ilk dəfə “Fərqlənmə nişanı” alarkən, Bakı Nəqliyyat Agentliyindən həmin avtobus və ya taksi minik avtomobilinə fərdi qaydada verilən eyniləşdirmə nömrəsi, hər avtobus sürücüsü üçün fərdi kod nömrəsi olan kart, taksi sürücüsü üçün isə fərdi kod almalıdır.

Hər bir daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobus və taksi minik avtomobili ilə bağlı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun icbari sığorta müqavilələrinə malik olmalı, həmin müqavilələri vaxtlı vaxtında yeniləməlidir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm