Nəqliyyat
Bakıda bu yolda hərəkət bərpa edildi
Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, hərəkət prospektin metronun "Neftçilər" stansiyasından "Xalqlar dostluğu" stansiyası istiqamətində olan hissəsində bərpa edilib.
Hazırda nəqliyyat vasitələri prospektin bu hissəsindən ikitərəfli olmaqla istifadə edir. Məhdudiyyətlə əlaqədar alternativ küçələrə yönləndirilən müntəzəm marşrut xətləri də artıq Qara Qarayev prospektindən keçməklə hərəkət edirlər.
Bu səbəbdən də yolda sıxlığın yaranmaması və müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının tıxacda qalmaması üçün qeyd edilən istiqamətdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə edilir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































