Nəqliyyat
Avropa Liqasının final günü xəttə əlavə avtobuslar buraxılacaq
Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyununa görə Tbilisi-Bakı və əks istiqamətdə hərəkət edəcək avtobusların sayı artırılacaq.
Bu barədə Publika.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu barədə daşıyıcılara müvafiq tapşırıqlar verilib:
“UEFA final oyununa maraq yüksək olduğuna görə xarici ölkələrdən çox sayda futbol azarkeşlərinin Bakıya gəlişi gözlənilir. Azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib. Həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud “Bakı-Tbilisi-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.
27-31May tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq”.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






































